تبليغاتX
səni tanrimi gatirdi ya ozunmi gəldin? -

 اؤزؤنو تانیمایان تانریسینی دا تانیماز؟  حضرت علی (ع

                                              Tofiq Bayram

 GÖRÜŞ

 

Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydi!
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydi!

 

Mən də bətiyaram,sən də bəxtiyar,
Bəs bu həsrət nədir, --bu məlal nədir?
Saxlama qoy gedim,
                  gözləyənim var,
                      Gedimmi?
Bir "hə" de, o sual nədir?

Dayanma qarşimda günahkar kimi,
Mən ki, günahini bağişlamişam.
Hələ qəlbi geniş adamlar kimi
Sənin toyunu da alqişlamişam.

Bil ki, sevgilomdən sənə salam var,
İstəsən ərinlə qonaq gəl bizə.
Mənim ciyərparam bircə balam var,
Açar qapimizi əlbəəl sizə.

Niyə zilləmisən gözlərini sən?
Mənə əvvəlki tək baxma,amandir!
Mən ki, əl çəkmiçəm məhəbbətimdən,
Qəlbimi odlara yaxma,amandir!

Peşiman olmağin nədir əlaci?
Yüz fikir bir borcu ödəməz indi.
Mən sənə qardaşam, sən mənə baci,
İlk eşqə tapmisan bir əlac indi.

Yanmasin,  ulduzum tez yanib sönsə,
Vədəsiz şadliği istəmərəm mən.
Özgənin eşqinə göz dikməkdənsə,
həsrətin qoynunda can verərəm mən.

 Sevcin, əziləyin,  bir-birinizi,
Ayriliq diləsəm dilim lal olsun.
Qolboyun, mehriban görəndə sizi
Mənim şair könlüm qoy xoşhal olsun.

Şirin söz eşitsəm dodağinizdan,
Bilin ki, sədasi ürəyimdədir.
Gəlsə körpə səsi otağinizdan,
Hər xeyir-duasi ürəyimdədir.

Pozmaram bir evin birliyini mən,
Görsəm ev yixilir,gedib quraram.
Əl əldən soyusa, ürək ürəkdən,
Sizi eşqinizə qovuşduraram.

Gəl nə peşiman ol,nə qəlbini six,
Çətindir o günə qayitmaq , çətin.
Əvvəli sevincdir, sonu ayriliq, --
Taleyi gətirmir ilk məhəbbətin.

Qoy bu ürək sözüm getməsin hədər:
Məni sevirsənsə ismətini sev.
Mən öz sevgilimi sevdiyim qədər,
Sən də öz ərini qismətini sev!

 Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydi!
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydi

                    

 

+ یازیلمیش  Thu 13 Oct 2005ساعات 0  توسط رامین عباسزاده  |